Valideynlərdən pul yığılması ilə gündəmə gələn Nizami rayonundakı 250 nömrəli məktəbin direktoru Əliyeva Gülanə Bayandur qızının diplomunun saxta olduğu iddia edilir.
Demokrat.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, o, 2015-ci ildə fəaliyyəti dayandırılan Azərbaycan Müəllimlər İnstitutunu bitirib. İddialara görə, Gülanə Əliyeva sözügedən ali məktəbə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanından kənar qəbul olunub.


"Ya da diplomu verən Elm və Təhsil Nazirliyinə müraciət edə bilərsiniz".
Bakı şəhəri üzrə Təhsil İdarəsi xəbərə münasibət bildirib. Qurumun mətbuat xidmətindən Qaynarinfo-nun sorğusuna cavab olaraq deyilir:
250 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatda qeyd olunur ki, məktəbin direktoru Gülanə Əliyeva 2007-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə Azərbaycan Müəllimlər İnstitutunun Bakı filialına İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə qəbul olub. 2011-ci ildə həmin İnstitutu bitirib. Diplomun saxta olması barəsində iddialar yalan məlumatdır. Eyni zamanda o, 2025-2026-cı tədris ili üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına (qiyabi) qəbul olub".


