"Müsavat" başqa yolun yolçusuna çevrilib — Partiya çirkin əməllərindən "əl çəkmir"

SİYASƏT 12 dek 2019, 14:00

Müsavat Partiyası və onun ətrafında baş “siyasi mühacir” alveri məsələsi ənənəsi olan bir siyasi təşkilatı gözdən salmaqdadır.  Üstəlik, “qara işlər”ə qurşanan bir partiya indi növbədənkənar parlament seçkilərinə getmək istəyir. Ortaya bir sual çıxır. Almaniyada “Müsavat” Partiyasının “siyasi mühacir” məsələsi ilə bağlı cinayət işinin açılmasından, ortaya yeni faktların qoyulmasından sonra partiya hansı üzlə xalqın etimadını qazanmaq istəyir ?

 

Hələ utanmadan Müsavat başqanı Arif Hacılı seçki dairələrində partiya namizədlərinin müəyyən edildiyini, onlar sırasında siyasət və dövlət xadimlərinin, ziyalıların olduğunu açıqlayır. “Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var” deyən başqan, ona etimad göstərənlər, tərəfdarlarını yalanlarla, böhtanlarla aldadırsa, “mühacir işi” ilə “ad” çıxarırsa, niyə də vətəndaş onun və rəhbərlik etdiyi partiyanın növbəti şoularına, boğazdan yuxarı fikirlərinə inanmalıdır ki?!

 

Fikir verin, rüsvayçı əməllərlə məşğul olan, Azərbaycanın adını Avropada biabır edən Müsavat Partiyasından fırıldaq əməlləri üzündən bu gün Almaniyada araşdırmalar aparılmaqdadır. Belə ki, Almaniya Federal Polisi azərbaycanlı siyasi mühacirlər-Azərbaycan Daxili İşlər Nazirliyinin keçmiş polkovniki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev və müxalifət partiyası “Müsavat”ın Xarici Mərkəzinin lideri Mehti Xəlilbəylinin qanunsuz ticarətdə və gizli əməliyyatlarda, eləcə də sənədlərin saxtalaşdırılmasında və çirkli pulların yuyulmasında iştirakçı olmaları şübhəsi ilə xüsusi araşdırma aparır.

Image result for müsavat partiyası

Müsavat Partiyası ilə bağlı bu neqativ halların, qara əməllərin üzə çıxmasında ortalığa faktlar qoyan müsavatçı jurnalist Yafəz Həsənov  (Əkrəmoğlu) isə məhkəməyə verilir. Belə ciddi faktlardan sonra özünə hörmət edən partiya bəyanat verməli, baş verənlərə aydınlıq gətirməli idi. Bu və buna oxşar çirkin əməllərlə gündəmə gələn Müsavat Partiyası isə indiki halda başqa yolun yolçusuna çevrilib. Partiyanın rəhbərliyində təmsil olunan funksionerlərdən Gülağa Aslanlı Almaniyada yaşayan müsavatçı jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Jurnalistin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalanması istənilib.

 

P.S. Görünən odur ki, Müsavat Partiyası hər ötən gün öz reputasiyasını itirməkdədir. Belə olan halda, xalqdan etimad gözləməyə dəyməz.

 

Zaur Hacılı

Demokrat.az                                       

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top