“Qala Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortası üzrə bir müştəriyə 44 560,76 manat məbləğində sığorta ödənişi həyata keçirib.
Bu barədə Demokrat.az-a “Qala Həyat Sığorta” ASC-dən məlumat verilib.
Məlumata görə, bu ödəniş zərərçəkmiş şəxsin hüquqlarının qorunmasına və sosial təminatının gücləndirilməsinə xidmət edir.
Əlavə məlumat üçün müştərilər şirkətin ofisinə və ya əlaqə nömrələrinə müraciət edə bilərlər:
Ünvan: İzmir küçəsi 5A Qaynar xətt: 1540 Tel: (012) 404 77 74


