Türkiyənin Aydın vilayətinin Çine rayonunda partlayıcı istehsal edən müəssisədə güclü partlayış baş verib.
Oxu.Azbu barədə İHA agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, müəssisənin poliqonunda baş verən partlayış nəticəsində beş nəfər yaralanıb.
Partlayışın səbəbi barədə məlumat verilmir. Yaralılar xəstəxanaya aparılıblar.
Fakt üzrə araşdırma aparılır.


