Şou-biznes

Elnarə Abdullayevanın 6 MƏRTƏBƏLİ VİLLASI — Neçə milyon qiyməti var? (VİDEO)

Elnarə Abdullayevanın 6 MƏRTƏBƏLİ VİLLASI — Neçə milyon qiyməti var? (VİDEO)

Əməkdar artist Elnarə Abdullayeva yenidən medianın gündəmindədir.

Demokrat.az xəbər verir ki, əməkdar artistin milyonluq villa tikdirdiyi deyilir. Sözügedən villa 6 mərtəbəlidir.

Bu barədə aparıcı Zaur Kamal "5/5" verilişində deyib:

"Deyir, elə bir ev tikdirirəm ki, bu başdan o başa bir-birimizi eşitməyəcəyik. Evdə üç-dörd qulluqçu işləyəcək. Şou-biznesdə heç kimin belə evi yoxdur. Nə vaxt bitəcək" - deyə aparıcı söyləyib.

Elnarə Abdullayeva isə məsələ ilə bağlı bunları deyib:

"Bir az pul yığıb pəncərə, bir az pul yığıb darvaza alırıq. Evim hazırda nə gündədir, təmir gedir. Bitəndən sonra göstərəcəm. Xalqım pul verib, toya aparacaq, mən də tikdirib, bitirəcəm".(Redaktor.az)

D
demokrat.az