Məlum olduğu kimi,ötən gün Laçında IX “Muğam” Televiziya Müsabiqəsinə yekun vurulub.
Demokrat.az xəbər verir ki, 8-16 yaşında yeniyetmələr arasında birinci yerə xanəndə Əhəd Ağayev layiq görülüb.
Əhəd Azərbaycan tamaşaçısına tanışsimadır. Belə ki, 9 yaşlı xanəndənin də daxil olduğu muğam üçlüyü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Ağdam Muğam Mərkəzinin açılışındakı konsertdə marağa səbəb olmuşdu.
Azyaşlı xanəndələr “Qarabağ şikəstəsi”ni ifa edən zaman dövlət başçısı kövrəlmiş, onları ayaq üstə alqışlamışdı. Daha sonraPrezidentlə xanımı səhnəyə qalxaraq hər üç ifaçı ilə tək-tək görüşmüşdü.



