"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistana işgüzar səfərinin əsas məqsədi iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da gücləndirilməsi, regional sabitlik və inkişaf naminə qarşılıqlı əlaqələrin yeni müstəviyə qaldırılmasıdır".
Bunu Demokrat.az-a müsahibəsində millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, səfər çərçivəsində tərəflər enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edir, Xəzər regionunda iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat-logistika imkanlarının birgə istifadəsi, həmçinin beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılması nəzərdə tutulur:

Cavidan Mirzəzadə Demokrat.az


