Daha bir partiya parlament seçkilərində iştirakla bağlı QƏRAR VERDİ

GÜNDƏM 09 dek 2019, 13:38

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

Demokrat.az partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub.

 

Aparılan müzakirələr nəticəsində BAXCP-nin Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib.

 

BAXCP 30 seçki dairəsi üzrə namizəd irəli sürəcək.

 

Yaxın günlərdə BAXCP tərəfindən müvafiq dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən şəxslər haqqında kütləvi informasiya vasitələrinə ətraflı məlumat veriləcək.

 

Qeyd edək ki, hazırkı parlamentdə BAXCP-ni bir deputat - partiyanın sədri Qüdrət Həsənquliyev təmsil edir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top