Ticarət mərkəzində şübhəli əşya aşkarlandı — İnsanlar təxliyə olundu

DÜNYA 08 dekabr 2019, 18:31

Venesuela paytaxtının hakimiyyət orqanları şübhəli bir əşyanın aşkarlanmasına görə ticarət mərkəzinin bütün işçilərinin və ziyarətçilərinin təxliyə edilməsini qərara alıblar.


Trend-in məlumatına görə, bu barədə "El Nacional" qəzeti bildirib.


Məlumata əsasən, söhbət Karakasın Baralt prospektində yerləşən "Metro Center" ticarət mərkəzi haqqında gedir. Bolivar Milli Kəşfiyyat Xidmətinin əməkdaşlarının artıq hadisə yerinə gəldiyi qeyd olunur.


Yerli hakimiyyət hadisə ilə bağlı hələ şərh verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top