Dünya

Alman politoloqdan ŞOK PROQNOZ: Tramp payızda Rusiyaya gedəcək

Alman politoloqdan ŞOK PROQNOZ: Tramp payızda Rusiyaya gedəcək

Tanınmış alman politoloq Aleksandr Rar hesab edir ki, ikinci Rusiya-ABŞ sammiti payızda baş tuta bilər.

Bizim.Mediaxəbər verir ki, bu barədə o, "RİA Novosti"yə açıqlamasında deyib.

“Mən şəxsən düşünürəm ki, payızda yeni sammit keçiriləcək, Tramp Rusiyaya gələcək. O vaxta qədər isə Ukrayna qüvvələri daha çox tükənəcək, Kiyev hakimiyyəti isə güzəştə getməyə hazır olacaq”, – Politoloq açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-Rusiya danışıqlarının davamı payızda Kreml və Ağ Ev üçün əsas gündəlik mövzulardan biri ola bilər.

NE
Nihadə Eyyubova