Gündəm

Şahin Şıxlinski təcridxanada qalacaq

Şahin Şıxlinski təcridxanada qalacaq

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.

Axşam.az“ura.ru”ya istinadən xəbər verir ki, onun vəkilinin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.

Ş.Şıxlinski avqustun 2-də saxlanılaraq Moskvadan Yekaterinburqa aparılıb.

NE
Nihadə Eyyubova