Gündəm

Fransada son 76 ilin ən güclü meşə yanğını davam edir

Fransada son 76 ilin ən güclü meşə yanğını davam edir

Bir neçə gündür Fransanın cənubundaböyük meşə yanğınıdavam edir. Yanğınsöndürmə xidməti yanğını nəzarət altına ala bilmir.

Oxu.Azxəbər verir ki, bunu BFMTV kanalındakı çıxışı zamanı xidmətin rəisi, polkovnik Kristof Mani deyib.

"Yanğın lokallaşdırılıb, lakin nəzarət altına alınmayıb. Bazar günü axşama qədər də yanğın nəzarət altına alınmayacaq", - o vurğulayıb.

Fransanın daxili işlər naziri Bruno Retayo bu yanğınını 1949-cu ildən bəri ən böyük yanğın adlandırıb.

Xatırladaq ki, yanğın nəticəsində artıq 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

NE
Nihadə Eyyubova