“Qala Sığorta” şirkətinin sponsorluğu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşada keçirilən Uşaq İncəsənət Festivalı uğurla yekunlaşıb.
Bu barədə Demokrat.az-a “Qala Sığorta” şirkətindən məlumat verilib.
Tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyətə malik Şuşa şəhərində baş tutan tədbirin əsas məqsədi istedadlı uşaqların yaradıcılıq qabiliyyətlərini təşviq etmək, onların mədəni inkişafına dəstək olmaq və mənəvi motivasiyasını gücləndirmək olub.
Festival çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar öz bədii və musiqi istedadlarını nümayiş etdirmək imkanı qazanıblar.
Tədbir iştirakçıları üçün həm motivasiyaedici və maarifləndirici proqramlar təşkil edilib.
“Qala Sığorta” şirkəti bu cür təşəbbüslərlə cəmiyyətin sosial və mədəni inkişafına töhfə verməyi davam etdirir.










