Dünya

Deputat həbs olundu — FOTO

Deputat həbs olundu — FOTO

Rusiyanın Sosnovoborsk şəhər məhkəməsi Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı İvan Apostolevskini ekstremist təşkilatın simvollarını təbliğ etdiyinə görə 7 sutka müddətinə həbs edib.

Demokrat.azxəbər verir ki, bu barədə TASS-a region məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.

"O, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsində (ekstremist təşkilatların atributlarının və ya simvollarının təbliği və ya ictimai nümayiş etdirilməsi) nəzərdə tutulan hüquq pozuntusunu törətməkdə təqsirli bilinib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, deputat ötən gün Moskva vağzalında saxlanılıb.(Axar.az)

Deputat həbs olundu — FOTO

NE
Nihadə Eyyubova