Deportasiya Qurbanları Mərkəzi deportasiyanın 31-ci ildönümünü qeyd etdi

SİYASƏT 05 dek 2019, 18:32

Deportasiya Qurbanları Mərkəzinin toplantısı keçirilib.

 

Demokrat.az xəbər verir ki, İdarə Heyətinin toplantısında soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası ətrafında müzakirələr aparılıb. 


Müzakirələr zamanı bir sıra təkliflər irəli sürülüb.


Təklif olunub ki, 5 dekabr tarixi Qərbi Azərbaycan deportasiya günü elan edilsin. Digər təklif Qərbi Azərbaycandan deportasiya tarixinin Azərbaycan dərsliklərinə salınması ilə bağlı olub.

 

Habelə deportasiya soyqrım muzeyinin yaradılması, xaricdən gələn qonaqların bura səfərinin təşkil edilməsinə dair təkliflər də səsləndirilib.


Deportasiya Mərkəzi 1988-ci ildə həyata keçirilən deportasiya aktını Azərbaycan xalqına qarşı əsası 200 il əvvəl Çar Rusiyası tərəfindən qoyulan, SSRİ zamanı davam etdirilən anti-türk və anti-islam siyasətinin davamı, əsas məqsədin isə bölgədə ermənilər üçün daha münasib şərait yaratmaq olduğunu vurğulayıb.


Deportasiya Mərkəzi bildirir ki, anti-türk siyasətinin davamı olaraq indiki Ermənistan adlandırılan tarixi türk torpaqlarından sonuncu kütləvi deportasiya aktı 1988-ci ilin noyabr-dekabr aylarında həyata keçirilib, nəticədə Ermənistan adlanan ölkədə türklərin tarixi-etnik təmizlənməsi prosesi başa çatdırılıb. Bu zaman Ermənistanın 22 rayonunda və 300 kəndində yaşayan 250 min nəfər azərbaycanlı öz tarixi torpaqlarından qovulub, erməni quldur dəstələrinin vəhşiliyi nəticəsində yüzlərlə azərbaycanlı qətlə yetirilib.

 

Deportasiya Mərkəzi 1988-ci ilin noyabr-dekabr aylarında baş verən sonuncu deportasiya aktının 31-cu ilində, bu hadisəni pisləyib, Sovet strukturları, kommunist partiyasının rəhbərliyi və hərbçilərinin dəstəyi sayəsində erməni quldur dəstələrinin həyata keçirdiyi bu anti-insani akta beynəlxalq hüquqi qiymət verilməsini tələb edib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top