Dünya

Trampdan XƏBƏRDARLIQ: "1 avqust son tarixdir"

Trampdan XƏBƏRDARLIQ: 1 avqust son tarixdir

Vaşinqton administrasiyasının avqustun 1-dən onlarla ölkəyə münasibətdə nəzərdə tutulan tariflərin tətbiqini təxirə salmayacağı məlum olub.

Demokrat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə öz "X" hesabında yazıb.

"Avqustun 1-nə təyin edilmiş son tarix dəyişməzdir və uzadılmayacaq. Bu, Amerika üçün vacib bir gündür", - deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, hələ ötən ay ABŞ rəhbərliyi böyük olmayan 150-ə yaxın ölkədən idxal edilən mallara 10-15%-lik rüsumları tətbiq etməyi planlaşdırdığını bildirmişdi.

D
demokrat.az