Əməkdar artist Abbas Bağırov teleqramdakı dələduzlarla bağlı xəbərdarlıq edib.
Axşam.az xəbər verir ki, sənətçi teleqram platformasında +1 ölkə kodu ilə başlayan nömrələrdən gələn mesajlara qarşı diqqətli olmağı tövsiyə edib:
"Dostlar, diqqətli olun!+1 kodu ilə gələn mesajlara cavab yazmayın!Tanıdığınız insanlardan teleqramdasalam yazan şəxslərin yolladıqları linklərə daxil olmadan nömrəsinə diqqət edin! +1 kodu ilə başlayan dələduzlar peyda olublar".




