Sosial

Rasim Balayev: "Evimdə kombi işləmir, soyuqlamışam"

Rasim Balayev: Evimdə kombi işləmir, soyuqlamışam

Görkəmli sənətkar, kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

Demokrat.az xəbər verir ki, sonxeber.az-a bu barədə xalq artisti özü məlumat verib.

O, dünəndən etibarən səhhətində yaranan problemlə əlaqəli ev şəraitində müalicə alır.

Kinoaktyor səhhətindəki problemin soyuqlama səbəbindən yarandığını vurğulayıb:

"Kombi yanmadı, otaqlar soyuq olduğu üçün sağlamlığımda problem yarandı. Soyuqlamışam, bir az qızdırmam var. Bu problemi aradan qaldırmaq üçün mürəbbəli çay içirəm".

D
demokrat.az