Hərbi

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib — FOTO

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib — FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, səfər çərçivəsində qardaş ölkənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüş keçirilib.

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.

Görüş zamanı, həmçinin ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə edilib.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib — FOTO

D
demokrat.az