Gündəm Özəl

Qəzalar hər il ölkəyə 3 milyard ziyan vurur — Ərşad Hüseynov

Qəzalar hər il ölkəyə 3 milyard ziyan vurur — Ərşad Hüseynov

“Dünyada nəqliyyat hadisələrindən ən çox zərər görənlər 9-29 yaş arasında olan şəxslərdir”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas, ekspert Ərşad Hüseynov “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkil etdiyi “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib.

O bildirib ki, cəmiyyətdə təhlükəsizlik davranışını tam dərk etməyənlər var:

“Hərəkət iştirakçısı olmayan şəxslər yolun hərəkət hissəsində iştikaçılara mane olur. Ən sadə qaydalardan olan dayanma-durmaya əməl edilmir. Yol mədəniyyətini, ictimai təhlükəsizliyi vərdişə çevirmək lazımdır. Yol nəqliyyat hadisələri il ərzində ölkəyə təxminən 3 milyard ziyan vurur”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova