Nazir: “TANAP Türkiyə-Azərbaycan qardaşlığının gələcək nəsillərə hədiyyəsidir”

İQTİSADİYYAT 30 noy 2019, 16:11

"TANAP Türkiyə-Azərbaycan qardaşlığının gələcək nəsillərə hədiyyəsidir". 

 

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz İpsalada TANAP-ın Avropa bağlantısının açılış mərasimində bildirib.

 

O deyib ki, TANAP iki ölkənin əməkdaşlığını yeni ölkələrə  daşıyacaq: “Enerjinin İpək yolu olan TANAP tarixi İpək yolunun missiyasını enerji ilə davam etdirir. Cənub Qaz Dəhlizinin 1850 km-lik Türkiyə yolçuluğu sona çatır və qazın Avropa yolçuluğu başlayır. Avropaya qaz nəqli üçün hazırlıq sona çatıb, bundan sonrakı hissəni Avropalı dostlarımıza ötürürük”.

 

Nazir qeyd edib ki, ötən ilin iyun ayından Türkiyəyə TANAP-la 3 milyard kubmetrdən çox qaz nəql edilib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top