“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.
Bildirilib ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib.Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.
İlkin məlumata görə hadisə qısapanmadan baş verib.
***
FHN-dən bildirilib ki, sözügedən yanğın hissəsi “LC Waikiki” mağazasının anbarında baş verməyib.
Anbarabitişik kağız sexi yanıb və bu barədə iki gün öncə FHNməlumat yayıb.


