Xarici siyasət

Şahbaz Şərif Azərbaycana yola düşdü — Xankəndiyə gedəcək

Şahbaz Şərif Azərbaycana yola düşdü — Xankəndiyə gedəcək

Pakistanın Baş naziri Mühəmməd Şahbaz Şərif bu gün Xankəndidə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana yola düşüb.

Demokrat.azxəbər verir ki, bu barədə Pakistanın dövlət yayım şirkəti Radio Pakistan məlumat yayıb.

Şərifi səfərdə aşağıdakı şəxslər müşayiət edir:

Baş nazirin müavini və xarici işlər naziri Mühəmməd İshaq Dar, informasiya və radio-televiziya yayımı naziri Attaullah Tarar və Baş nazirin xüsusi köməkçisi Tarik Fatemi.

NE
Nihadə Eyyubova