Xarici siyasət

Türkiyə MN-dən Azərbaycan Silahlı Qüvvələrinə təbrik

Türkiyə MN-dən Azərbaycan Silahlı Qüvvələrinə təbrik

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrini 107-ci ildönümünü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə MN-in “X” hesabında məlumat dərc olunub.

“Qardaş Azərbaycanın təhlükəsizliyi və sabitliyi üçün gecə-gündüz demədən xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” şüarı ilə hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik”, - məlumatda deyilir.

NE
Nihadə Eyyubova