Uşaq vaxtımdan məni nənəm böyüdüb, çox imkanlı qadın idi. Onun yanında yaşayanda ancaq quzu əti, yağlı, ballı yeməklər yeyirdim. Nənəm məni tək uşaq olduğuma görə musiqi təmayüllü internat məktəbinə yazdırdı. Birinci sinifdən orada oxudum. Mən o qədərimkanın içindəaclığın nə olduğunu gördüm".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov “Elgizlə izlə” verilişində deyib. Aktyor çətin keçən gənclik illərindən danışıb:
"İnternatın yeməkxanasında artıq qalan çörəkləri qurudurdular ki, ətə vursunlar. Mən ac olurdum və o çörəkləri yeyirdim. 14-15 yaşımda poçtalyon işlədim. O vaxt bu işi görmək çox çətin idi. Daha sonra Kukla Teatrında 60 manata fəhlə işləmişəm. İndi o günləri xatırlayanda deyirəm ki, Allahmənə yaxşı ki, ağıl verib və başqa işin dalıncagetməmişəm. Ona çox şükür edirəm. O günlər olmasaydı, indiki günlərinqədrini bilməzdim".


