Hadisə

Kəmalə Günəşlinin toy sahibi ilə davasının VİDEOSU

Kəmalə Günəşlinin toy sahibi ilə davasının VİDEOSU

Xəbər verdiyimiz kimi, Sumqayıtda “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.

Demokrat.az-ın məlumatına görə, azxeber.com sözügedən davanın videosunu yayıb.

Görüntülərdən müğənninin qarşısındakı şəxsə hücum etdiyi məlum olur.

Xatırladaq ki, oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Kəmalə Günəşlinin (Mirzəyeva) ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik:

NE
Nihadə Eyyubova