Mədəniyyət Özəl

Skuterlə toqquşan aktrisanın son durumu AÇIQLANDI

Skuterlə toqquşan aktrisanın son durumu AÇIQLANDI

Yol keçərkən skuterlə toqquşan Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanın müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Bu barədə Demokrat.az-a teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib. O bildirib ki, teatr rəhbərliyi vəziyyəti nəzarətdə saxlayır və aktrisa ilə daim əlaqədədir:

“Aktrisa xəstəxana şəraitində müalicə alır. Zərbə alıb, beyin silkələnməsi baş verib. Ürək bulanma, baş ağrıları vardı, yavaş-yavaş aradan qalxır. Hələki evə buraxılmayıb”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova