“Dərs ilinin ən geci mayın 31-də bitməsi yaxşı olar”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. O bildirib ki, bu barədə aidiyyəti qurumların - Təhsil Nazirliyi, Nazirlər Kabineti və digərlərinin yekdil qərarı olmalıdır:
“Sentyabrın 15-i tədris ilinin başlamasının tərəfdarıyam, lakin tədris ən geci 31 mayda başa çatmalıdır. 9-11-ci sinif şagirdləri artıq buraxılış imtahanlarını veriblər. Onlar düşünürlər ki, artıq bundan sonra məktəbə getməyin anlamı yoxdur. 11-ci siniflər hətta qəbul imtahanını da veriblər.

Ekspert son olaraq qeyd edib ki, tədris ilinin sonunda müəllimlərdə də yorğunluq olur, bəziləri isə artıq proqramı da yekunlaşdırıblar. Həm müəllimlərin, həm də şagirdlərin yorğunluğu nəzərə alınaraq yeni qərar verilə bilər.
Cavidan Mirzəzadə Demokrat.az


