"Kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbədgahdan keçir, buradatariximizin yazılı salnaməsi şərəflə qorunub saxlanılır" Ümummilli lider Heydər Əliyev Mədəniyyətimizin mühüm tərkib hissələrindən olan kitabxanalar bilik evi, bilikxəzinəsinin mühafizəsi evidir. Ümumbəşəri sərvətimiz olan kitabxanalarmədəniyyətin,elmin, təhsilin ikişafında hər zaman önəmli yer tutmuşdur. Kitab və kitabxanamədəniyyətin qoşa qanadıdır desək, yanılmarıq.Onlar arasındakı qarşılıqlı əlaqə zamankeçdikcə daha da inkişaf edir, əbədiləşir. Kitablar rəflərə yığılıb qaldıqca deyil, oxucusunutapdıqca dəyərli olur, maraq dairəsini genişləndirir.Kitabxanalar kitab və oxucu arasındasanki körpü rolunu oynayır.
Ölkəmizin ən zəngin fonda malik kitabxanalarından biri də AMEA-nın Mərkəzi ElmiKitabxanasıdır. Elmi kadrların, alim ordusunun yetişməsində müstəsna xidmətləri olan bukitabxanada hazırda 1,5 milyona yaxın informasiya resursu qorunmaqdadır.Kitabxanakeçmişlə bu günü özündə cəmləşdirərək fəaliyyətini dahada genişləndirmək,zənginləşdirmək istiqamətində dayanmadan irəliləyir.
Bu il 100 illik yubileyini qeyd edən Mərkəzi Elmi Kitabxana, mədəniyyətimizintəbliğində geniş rol oynayır, günü-gündən inkişaf edərək dünyanın ən modern kitabxanalarısırasına daxil olur. Kitabxana fəaliyyətində keyfiyyət prinsipinə əsaslanaraq, milli mənəvidəyərlərin qorunmasını, dövlət siyasətini, müstəqillik, suverenlik və ərazi bütövlüyümüzünuğrunda atılan hər bir addımın nümayiş etdirir.Həmçinin, ABŞ Konqres Kitabxanası, RusiyaMilli Kitabxanası, Berlin Universitet Kitabxanası, Fransa Mərkəzi Kitabxanası, Çin MilliKitabxanası, Moldova EA Kitabxanası, Özbəkistan Milli Kitabxanası və s. 46 ölkənin 130-ayaxın təşkilatı ilə əməkdaşlıq edir.
Kitabxanaların inkişafı, formalaşması üçün kitab toplamaq, qoruyub saxlamaq və gələcəknəsillərə ötürmək üçün kitabxana fondlarının yaranması əsas amildir.Kitabxananın bəzəyi vəözəyi onun fondudur. Kitabxana bir çox komponentləri özündə birləşdirən sosialinstitutdursa, kitabxana fondu onun ayrılmaz tərkib hissəsidir. Kitabxana fondununformalaşması prosesi mürəkkəb, diqqətdə saxlanılan bir sistemdir.Kitabxana fondları hər birxalqın intellektinin özülü, bünövrəsidir.Hər xalqın kitabxana fondunda mühafizə olunanmilli ədəbiyyatı həmin xalqın milli-mənəvi sərvətidir. Respublikamızda yeganə elmi kitabxana sayılan MEK ən böyük elmi informasiyamənbəyi yenilikləri, müasir texnoloji avadanlıqları ilə bütün tələblərə cavab verir,genişmiqyaslı oxucu kütləsinə xidmət edir. Kitabxananın fondlarında qiymətli sayılan elmi-tədqiqat əsərləri, monoqrafiyalar, elmi jurnallar, müxtəlif elm sahələrinə aid kitablarmühafizə olunur. Bu fondlardan biri də Azərbaycandilində ədəbiyyat fondudur ki, burada 100 mindən artıqAzərbaycan ədəbiyyatı (XII-XXI əsr Azərbaycanklassiklərinin əsərləri, şifahi xalq ədəbiyyatı materiallarıtarixə, ədəbiyyata, incəsənətə dair elmi-tədqiqat əsərləri,xarici ölkələrin klassiklərinin tərcümə əsərləri və s.), şəxsikolleksiyalar, qəzetlər, jurnallar, ardı davam edənnəşrlər(ND) toplanmışdır. Azərbaycan ədəbiyyatı fonduAz-1, Az-k, Az, PF və DV formatlarına ayrılır. Sayınagörə ən böyük Az-1 formatıdır, tərkibinə müxtəlif elmsahələrinə, bədii ədəbiyyata, dərs vəsaitlərinə aid kitablar daxildir. Az-k formatına müxtəlifelm sahələri, əsasən bədii ədəbiyyat, Az formatında isə köhnə(XX əsrin ortaları) kitablartoplanmışdır. PF formatına hədiyyə olunmuş və seçilmiş kitablar(bir neçə dildə), DVformatına isə dərsliklər daxildir.
Şəxsi kolleksiyalar “Akademiklərin Kitabxanası” başlığı altında sistemləşdirilmişdir ki,buraya akademiklərdən Həsən Əliyevin, İsa Həbibbəylinin, Akif Əlizadənin, BəkirNəbiyevin, İmam Mustafayevin, Mikayıl Useynovun , professor Abbas Zamanovun, Misir Mərdanovun, Xudu
Məmmədovun, və bir çox elm adamlarının, ziyalıların şəxsi kitabxanalarından özləri və ailələri tərəfindən hədiyyəolunmuş nəşrlər daxildir. Hal-hazırda kolleksiya fondunda17312 ədəbiyyat nüsxəsi yer alır.
Qəzet fondunda yeni çapdan çıxan qəzetlər, həmçinin Yeniyol(1923-1937), Gənc işçi (1929-1940), Kommunist(1929-1991) qəzetləri kimi köhnə qəzetlər və Azərbaycanmüəllimi(1946), Bakinskiy raboçi(1922) və Vişka(1928)qəzetləri kimi nəşri davam edən qəzetlər yer alır.Gündəlikdaxil olan qəzetlərdən Xalq qəzetini, 525-ci qəzeti, həftəlikdaxil olan qəzetlərdən Elm, Ədəbiyyat qəzetlərini nümunə göstərmək olar. Jurnal fondunda 23 minə yaxın jurnal toplanıb.Bunlardan Dədə Qorqud, Azərbaycan,Qobustan, Naxçıvan, AMEA xəbərlər, Füyuzat və s. kimi jurnalları qeyd etmək olar.3407nüsxədən ibarət nəşri davam edən (ND) jurnallara Dövlət və Din, AzərbaycanRespublikasının Qanunvericilik toplusu, Xəbərlər Məcmuəsi (AMEA Gəncə Regional ElmiMərkəz), Elmi Əsərlər (AMEA İqtisadiyyat İnstitutu) və başqa nəşri davam edən jurnallardaxildir. Kitabxana fəaliyyətində çox böyük rola malik olan Azərbaycan dilində ədəbiyyat fondu, yeni ədəbiyyat axını ilə günbəgün zənginləşməkdə davam edir.Öz işlərini sevən vəməsuliyyətlə icra edən fond əməkdaşları oxucuların sorğularını operativ surətdə yerinəyetirir, onların xidmət səviyyəsindən məmnun qalmalarına çalışırlar.


