Siyasət

Əli Kərimlinin müşaviri azadlığa çıxdı

Əli Kərimlinin müşaviri azadlığa çıxdı

AXCP sədrinin həbsdə olan müşaviri, partiyanın rəyasət heyətinin üzvü Asif Yusifli bu gün səhər saatlarında azadlığa çıxıb.

Onun cəza müddəti bu gün başa çatıb.

A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub..

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 5 ilə endirib.

Asif Yusifli Qarabağ əlilidir. (Modern.az)

D
demokrat.az