Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Demokrat.az xəbər verir ki, sərəncam 220 nəfərə şamil edilib.
Siyahıya 16 nəfər əcnəbi vətəndaşın adı daxil edilib.
Onlardan 5-i İran, 4-ü Rusiya, 1-i Türkiyə, 1-i Əfqanıstan, 2-si Pakistan, 1-i Fransa, 2-si Gürcüstan vətəndaşıdır.(Modern.az)


