Xalq Bank Türk Eximbankın (Türkiye İhracat Kredi Bankası A.Ş.) 1 mlrd. ABŞ dolları məbləğindəsindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Müxtəlif ölkələrdən 33 maliyyə qurumunun yeraldığı layihə üzrə ayrılacaq kreditlər az gəlirli bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlar üçünmaliyyə imkanlarının artırılması və “yaşıl məhsullar” ixrac edən sahibkarlara xüsusi maliyyədəstəyinin göstərilməsi istiqamətində istifadə olunacaq.
Layihənin kreditləşmə meyarları Xalq Banka dayanıqlı inkişaf və sosial məsuliyyətlə bağlıbeynəlxalq standartlara uyğun layihələrə maliyyə dəstəyi vermək imkanı təqdim edir. Xatırladaq ki,davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank 2024-cü ildə BirləşmişMillətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub və Sazişin 10 prinsipinidəstəkləməyi öhdəsinə götürməklə özünün 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasınınprioritetlərində də nəzərdə tutulmuş ekoloji, sosial və korporativ idarəetmə istiqamətində (ESG)fəaliyyət proqramını davam etdirir.
Türk Eximbank 1987-ci ildən fəaliyyət göstərir və ölkənin dayanıqlı ixrac strategiyasını aktivdəstəkləyən dövlət bankıdır. 2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görəAzərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır. Qeyd edək ki, Xalq Bank əvvəlkidövrlərdə də ESG və dayanıqlı inkişaf standartlı beynəlxalq sindikat kreditləşməsi layihələrindəiştirak etmişdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.


