Hadisə

Ağstafada 20 yaşlı qız dəm qazından zəhərləndi

Ağstafada 20 yaşlı qız dəm qazından zəhərləndi

Ağstafa rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Aşağı Göycəli kəndində baş verib.

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Röya Tağıyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.(APA)

NE
Nihadə Eyyubova