Gürcüstan Rusiya və Belarus vətəndaşlarına ölkədən avtomobil ixrac etməyi qadağan edib.
Demokrat.az bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumatda deyilib ki, qadağa təsdiq edilib və mayın 15-dən qüvvədədir. 2023-cü ildə Tbilisi ABŞ, Avropa İttifaqı, Rusiya və Belarusa idxal edilən avtomobillərin təkrar ixracını qadağan edib.
Əfsanə Kamal Demokrat.az


