Hadisə

Qazaxda yük maşını qatarla toqquşdu —Yaralanan var

Qazaxda yük maşını qatarla toqquşdu —Yaralanan var

Qazaxda avtomobili qatarla toqquşub, xəsarət alan var.

Bakupost.azxəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı yük maşını dəmir yolu xəttinə çıxıb. Nəticədə qatar yük maşınını vurub. Bu zaman "Ford"un sürücüsü - 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bidirilir.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova