İsrailİranın nüvə obyektlərinə hücumu edərsə,İranABŞ-ıbelə bir hücuma şərik sayacaq.
Demokrat.az xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəriAbbas Əraqçideyib.
Nazir bununla bağlı BMT-nin baş katibiAntonio Quterreşə vəBeynəlxalq Atom Enerjisi Agentliyinin(MAQATE)rəhbəriRafael Qrossiyəməktub yazıb. O, İranın İsraili hər cür tələsik hərəkətlərə qarşı xəbərdar etdiyini bildirib.
Xarici işlər naziri bəyan edib ki,Tehranİsrailin nüvə obyektlərinə hücumuna ABŞ hökumətini şərik sayacaq. Əraqçının sözlərinə görə, təhdidləri nəzərə alaraq, İran öz nüvə obyektlərini qorumaq üçün bir sıra tədbirlər görməyə məcbur olacaq və bu barədə MAQATE-yə məlumat veriləcək.
İranınnüvə proqramı Beynəlxalq Atom Enerjisi Agentliyinin hərtərəfli nəzarəti altındadır.
Əfsanə Kamal Demokrat.az


