Dünya Özəl

PKK silahı yerə qoydu — Türkiyə üçün nələr dəyişəcək?

PKK silahı yerə qoydu — Türkiyə üçün nələr dəyişəcək?

“Həm iqtisadi cəhətdən Türkiyənin büdcəsinə zərər vuran, həm də daim ölkədəki mühiti daim gərgin vəziyyətdə saxlayan terror təşkilatının özünü buraxması əlbəttə ki, qardaş Türkiyə üçün yeni imkanlar yaradacaq. Türkiyənin daxili və xarici siyasətində yeni şərtlər formalaşdıracaq. Bu, Türkiyə xalqının terror üzərində qələbəsidir”.

Bunu Demokrat.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O qeyd edib ki, PKK terror təşkilatının özünü buraxdığını elan etməsi Türkiyə tarixində yeni bir mərhələdir:

PKK silahı yerə qoydu — Türkiyə üçün nələr dəyişəcək?

“Bilirik ki, qlobal imperializm və bir sıra islamofob mərkəzlər Türkiyə dövlətçiliyini zəiflətmək, Türkiyə hakimiyyəti üzərində təzyiq yaratmaq üçün belə bir terror təşkilatı yaratmışdılar və 40 ilə yaxındır ki, bu təşkilat Türkiyədə daxili həmrəyliyi pozmaq üçün, milli, etnik müstəvidə qarşıdurma yaratmaq üçün, Türkiyə dövlətinin daxili sosiologiyasını pozmaq üçün müxtəlif ideoloji, informasiya və fiziki terror vasitələrindən istifadə edirdi.

Yaxın Şərqdə yeni şərtlərin ortaya çıxması və Türkiyə siyasətində yeni istiqamətlərin formalaşması PKK-nın fəaliyyət sahəsini get-gedə daraltdı. Türkiyə ordusu və türk xalqı böyük əzmkarlıqla PKK və onun arxasında duranlara qarşı mübarizə apardı”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova