Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Ölkə başçısı Ağdam sakini ilə maraqlı söhbət edib.
Sakin:Mənim ürəyimdə bir söz var, oraya qədər deyim. Sizin çox gözəl kəlamınız var. Hər bir vətəndaşın Prezidenti olacağam.
Prezident İlham Əliyev:Bəli, onu 2003-cü ildə demişdim.
Sakin:Mübarək ad gününüzü xalq arasında keçirirsiniz. Bu gün isə Ulu Öndərimizin, - qəbri nurla dolsun, - ad günüdür. Eyni zamanda, mənim də ad günümdür, sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin.
Prezident İlham Əliyev:Təbrik edirəm. Sağ olun.


