İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya 5 günlük səfəri gözlənilir.Baş nazirin ofisinin yaydığı məlumata görə, Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Onunmayın 11-də İsrailə qayıdacağı bildirilir.
Maraqlıdır ki,mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ölkəmizə səfəri gözlənilir. Eyni zamanda, həmin müddətdə İsrail Baş nazirinin də ölkəmizdə səfərdə olması diqqət çəkir.
Bəs bu iki lider Azərbaycanda bir araya gələ, görüşə bilərlərmi?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd SeyidovModern.az-a bildiribki, Azərbaycan Respublikası son zamanlar yeni mərhələyəyüksəlir:
"Son zamanlar Azərbaycanın paytaxtına edilən səfərlər və Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın ən aparıcı ölkələrinə səfərləri haqda ümumi şəkildə təhlil aparanda bunu aydın görürəm. Biz həmişə demişik ki, Azərbaycan elə siyasət yürüdür ki,bütün dünya tərəfindən qəbul olunur. Biz bunu bilirik, haqqında danışırıq, indi isəəyani şəkildə görməyə başlayırıq. Nəticələr birbaşa Azərbaycanın sonillər apardığı siyasət və yaratdığı reallıqlarla bağlıdır. Mənxatırlamıram ki, qısa müddətdə iki müharibənikimsə udsun, ölkəsinin ərazi bütövlüyünü tam bərpa etsin və bu bir sıra üzdəniraqları çıxmaq şərtilə, dünya tərəfindən birmənalı qarşılansın. Həmin o üzdəniraqlar da özlərini dünyanın təmsilçisi kimi təqdim edirlər. Əslində, elə deyil. Dünyada 200-ə yaxın ölkəvar, onların hamısı Azərbaycanın yeni reallığını tanıyır. Ancaq nə etmək olar, üzdəniraq erməni lobbisi, onların bəzi əlaltıları, yaxud Fransa kimi bəzi dövlətlər Azərbaycana qarşı siyasət aparırlar. Ammaonu da demək lazımdır ki, Fransa danə qədər Azərbaycana qarşı siyasət aparsa belə, dövlətimizin reallıqlarını sözdə tanıdığını deyir, lakin əməldə faktiki ölkəmizə qarşı elan olunmamış müharibə aparır.
Prezident İlham Əliyevin dünyanın ən aparıcı ölkəsi olan Çinə səfərinə, orada Azərbaycanın nə dərəcə böyük nüfuza malik olmasınaşahidlik etdik. Ondan sonra İran Prezidentinin ölkəmizə səfəri baş tutdu. İran çox böyük dövlətdir. O, regionda xüsusi çəkiyə, təsirə malikdir.

Komitə sədri qeyd edib ki, burada dünya prosesləri getdikcə,üzdə olan, nüfuzlu, təsiredici ölkələrin nümayəndələri daha çox Azərbaycana gələcəklər:
"Burada təəccüblü heç nə yoxdur. İran Prezidenti Məsud PezeşkianınAzərbaycandakı bəyanatlarını götürək,faktiki olaraq buna qədər İranın dövlət başçılarınınheç biri tərəfindən belə bəyanatlar verilməmişdi.Artıq reallığı ən yüksək səviyyədə qarşılayırlar və tanıyırlar. Bu çox ciddi məsələdir. Fərq etməz, bir, iki, ya üç gün kimsə gəlib ölkəmizdə qalacaq. Əsas məsələ ondan ibarətdir ki, dünyanın bugünkübeynəlxalq münasibətlərini təşkil edən, ona istiqamət verən aktorlar artıq öz siyasətləri içərisində Azərbaycanı nəzərdə tuturlar və ölkəmizi ən əsas iştirakçılardan biri kimi qəbul edirlər".
Mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gözlənilən səfəri və həmin müddətdə İsrail Baş nazirinin Azərbaycanda olacağı indidəndiqqət çəkir. Bu iki lider Azərbaycanda bir araya gələ, görüşə bilərlərmi?

Səməd Seyidov suala cavabında belə deyib:
"Onu protokoldan soruşmaq lazımdır. Mən belə məlumatlara malik deyiləm. Ancaq heç kimə sirr deyil ki, biz qardaş Türkiyə ilə münasibətlərimizi ən müsbət şəkildətəşkil etmişik, biz qardaşıq, bir-birimizə "bir millət, iki dövlət" kimi baxırıq. Bəzi hallarda - ordu nöqteyi-nəzərdən Şuşa Bəyannaməsini nəzərə alsaq, "bir millət, bir dövlət kimi" hərəkət edirik.
İsrail də bizim həmişə ən yüksək səviyyədə tərəfdaşımız olub. Biz maraqlıyıq ki, bu iki dövlət bir-biri ilə problem yaşamasın. Bu da məntiqli və təbiidir. Məhz buna görə siyasətimizi elə qurmalıyıq ki, münasibətlər normallaşsın. Mən Antalya Diplomatik Forumunda iştirak edirdim. Orada bu fikir bir daha səsləndi ki, Azərbaycanın İsraillə Türkiyə arasında vasitəçiliyi mövcuddur. Bu təbiidir və nə qədər güclü olsa, o qədər yaxşıdır. Çünki biz münasibətlərin normallaşmasında maraqlıyıq".


