Dünya Özəl

İranda baş verən partlayışın səbəbi açıqlanıb

İranda baş verən partlayışın səbəbi açıqlanıb

Aprelin 26-da İranın Bəndər-Abbas şəhərindəki Şəhid Rəca limanında səhlənkarlıq nəticəsində partlayış baş verib.

Demokrat.az xəbər verir ki, bu barədəİranDaxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisəni törədənlərin tapıldığı qeyd edilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Aprelin 26-da Fars körfəzi sahillərində dəniz limanının ərazisindətəhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayışbaş verib. "İRİB" telekanalının verdiyi məlumata görə, yanacaq çəni partlayıb, bundan sonra hadisə yerində yanğın başlayıb və liman binalarından biri dağılıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayışı Bəndər Abbas və Qeşm adasının sakinləri hiss ediblər. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb. Yüzlərlə insan yaralanıb, bəzilərini xilas etmək mümkün olmayıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova