Dünya

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı açıqlandı

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı açıqlandı

Rusiya Federasiyasına qarşı indiyə qədər 30 minə yaxın sanksiya tətbiq edilib.

Bu barədə Rusiya Hökumətinin sədri Mixail Mişustin bildirib.

O qeyd edib ki, bu qədər sanksiya tətbiq edilməsinə baxmayaraq, Rusiya iqtisadiyyatı ayaqda qalıb və böyüyür.

Mişustinin sözlərinə görə, hazırda Rusiyanın ÜDM-in artımı 4%-i ötür ki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə xeyli çoxdur. (apa)

NE
Nihadə Eyyubova