Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri olduğunu bir daha təsdiqləyib və fəaliyyətinin əsas istiqamətlərində dayanıqlı artım nümayiş etdirib.
Əldə olunan nəticələr müştəriyə yönəlik strategiya, rəqəmsal texnologiyalara aktiv investisiyalar, risklərin effektiv idarə olunması və biznes modelinin şaxələndirilməsi sayəsində mümkün olub.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
2025-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:
- Aktivlər6,6% artaraq 2,2 milyard manata çatıb
- Məcmu kapital32,4% artaraq 234,6 milyon manata yüksəlib
- Kredit portfeli26,3% artaraq 1,5 milyard manata çatıb
- Xalis faiz gəlirləri18,4% artaraq 40,93 milyon manat təşkil edib
- Xalis əməliyyat mənfəəti7,9% artaraq 18,22 milyon manata çatıb
- Xalis mənfəət7,1% artaraq 14,47 milyon manat təşkil edib
Maliyyə sabitliyinin mühüm göstəriciləri:
- I dərəcəli kapitalın adekvatlıq əmsalı— 9,55% (norma 6,5%)
- Məcmu kapitalın adekvatlıq əmsalı— 14,07% (norma 12,5%)
- Leverec əmsalı— 7,00% (norma 5%)
“Birinci rübdə bütün əsas maliyyə göstəriciləri üzrə əldə etdiyimiz artım bizim uzunmüddətli strategiyamızın nəticəsidir. Bu strategiya yeniliklərə, dayanıqlığa və müştərilər tərəfindən yüksək etimadın təmin olunmasına əsaslanır. Biz rəqəmsal həlləri inkişaf etdirməyə və həm pərakəndə, həm də korporativ bankçılıq sahəsində mövqelərimizi möhkəmləndirməyə davam edəcəyik”—deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin birinci rübü ərzində Bank Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.
Daha ətraflı məlumatı bankın rəsmisaytında,facebook,instagram,linkedin,telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


