"Biz balaca olanda ən çox gözlədiyimiz bayram Novruz idi. O vaxt insanlar çox sosiallaşırdı. Həyətdə tonqal yandıranda bütün məhəllə orada olurdu. Hamı bir-birinə Novruz şirniyatları, hətta aş belə göndərərdi".
Axşam.az xəbər verir ki, bunu aparıcıElgiz Əkbər Novruz xairələri ilə bağlı danışarkən"Elgizlə izlə" verilişində deyib. O, bu bayramın əvvəllər daha yaxşı keçirildiyini bildirib:
"İndi isə baxıram ki, həyətdə tonqal qalayıblar. Cəmi 3 nəfər adam dayanıb. Hamı pəncərədən baxır. Heç kim həyətə düşmədi və o tonqalın ətrafında dayanmadı. Heç kim uşaqları təbrik etmədi, hədiyyə vermədi. O vaxt yaşlı adamlar uşaqlara pul verərdilər. Papaq atmaq da öz yerində. Böyük mərasim idi. Hətta bir dəfə güdmüşdüm, 60 yaşlı qonşularımız bizə papaq atmışdılar. Biz bayramlarda niyə sosiallaşa bilmirik?".


