Hadisə

Novxanıda ev, qaraj və avtomobil yanıb

Novxanıda ev, qaraj və avtomobil yanıb

Abşeron rayonunun Novxanı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan əşyalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4 m² sahədə və həyətdəki “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az