Sosial

Marketdə vitrində bir qiymət, kassada başqa qiymət — FOTOFAKT

Marketdə vitrində bir qiymət, kassada başqa qiymət — FOTOFAKT

Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, “Neptun” supermarketdən “Penti” kalqotka alan müştəri vitrində başqa, kassada başqa qiymətlə rastlaşıb.

Belə ki, vitrində kalqotkanın 1 ədədinin qiyməti 4 manat 69 qəpik olsa da, kassada kalqotkanın qiyməti 5 manat çıxıb.

Qeyd edək ki, dəfələrlə mətbuatda marketlərin müştəriləri aldatması faktı işıqlandırılsada bu problem həll olunmur.(Bizimyol.info)

Marketdə vitrində bir qiymət, kassada başqa qiymət — FOTOFAKT

D
demokrat.az