Dünya Özəl

Rusiyada milyonlarla əcnəbinin SİM kartı bloklanıb

Rusiyada milyonlarla əcnəbinin SİM kartı bloklanıb

Rusiyada abunəçi məlumatlarının yoxlanılması səyləri çərçivəsində xarici vətəndaşlara məxsus 9,5 milyon SİM kartın bloklandığını bildirilib.

Tədbir 2024-cü ilin mayından dekabrın sonuna qədər qəbul edilib. Demokrat.az xəbər verir ki, bu barədə“Rossiyskaya qazeta” (RG) qəzetiməlumat yayıb.

İdarənin məlumatına görə, nəzarət sisteminin işə salındığı 2023-cü ilin sentyabrından indiyədək 424 milyondan çox nömrə yoxlanılıb, o cümlədən 22,4 milyonu qeydiyyata alınıb.

2024-cü ildə 128 milyon abunəçi məlumat pozuntusu aşkar edilib, onların əksəriyyəti (124 milyon) operativ şəkildə aradan qaldırılıb. Bununla belə, heç vaxt etibarlı məlumat verilməyən 4 milyon SİM kart bloklanıb, abunəçilərlə müqavilələr dayandırılıb və ya ləğv edilib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova