Sosial

Valideynlə mübahisədən sonra öldüyü deyilən müəllimlə bağlı məktəbdən AÇIQLAMA

Valideynlə mübahisədən sonra öldüyü deyilən müəllimlə bağlı məktəbdən AÇIQLAMA

Bakı şəhəri 25 nömrəli tam orta məktəb təhsil müəssisəsinin müəlliminin vəfatı ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, məktəbin müəllimi Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb.

"Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib. Müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil", - deyə məktəbin məlumatında bildirilib.

NE
Nihadə Eyyubova