Dünya Özəl

Avropa İttifaqı Suriyaya qarşı bir çox sanksiyanı ləğv edib

Avropa İttifaqı Suriyaya qarşı bir çox sanksiyanı ləğv edib

Avropa İttifaqı Suriya prezidenti Bəşər Əsədin istefasından sonra ona qarşı bir sıra sanksiyaları dayandırıb.

Demokrat.az xəbər verir ki, AB Şurasının saytında verilən açıqlamaya görə, dəbdəbəli malların idxalına qoyulan qadağa götürülüb.

Məlumata görə, qərarlar Avropa İttifaqının Suriyada inklüziv siyasi keçidi və onun sürətli iqtisadi bərpası, yenidən qurulması və sabitləşməsini dəstəkləmək səylərinin bir hissəsidir.

Bundan əlavə, dörd Suriya bankı və Suriya Ərəb Hava Yolları sanksiya siyahısından çıxarılıb və ölkənin Mərkəzi Bankına vəsait verilməsinə icazə verilib.

Eyni zamanda, silahların, ikili təyinatlı malların qeyri-qanuni ticarəti, habelə mədəni irs nümunələrinin idxalı və ixracı ilə bağlı sanksiyalar saxlanıb.

NE
Nihadə Eyyubova