Hadisə

Sabunçuda 2 maşın toqquşdu — Yaralananlar var

Sabunçuda 2 maşın toqquşdu — Yaralananlar var

Bakının Sabunçu rayonunda iki nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Azaqova Nuranə Vüsaməddin qızı və 2013-cü il təvəllüdlü R.Azaqlı xəsarət alıblar.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova