Hadisə

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu — FOTO

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu — FOTO

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundanDemokrat.az-averilən məlumata görə, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub.

Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu — FOTO
Narkotik satışı ilə məşğul olan şəxslər tutuldu — FOTO

NE
Nihadə Eyyubova